Bu gün:

DEİ-yə hücumlar potensial biznes riski kimi dəyərləndirilib


TechCrunch xəbər verir ki, Pinterest şirkəti investorlar üçün hazırladığı 10-K hesabatında müxtəliflik, bərabərlik və inklüzivlik (DEİ) ilə bağlı səylərinə qarşı yönələn tənqidlərin biznes üçün potensial risk daşıdığını qeyd edib.

Şirkətin hesabatında bildirilir ki, əgər Pinterest-in DEİ təşəbbüsləri "kifayət qədər və ya həddindən artıq" kimi qiymətləndirilərsə, bu, istedadlı işçiləri cəlb etmə və saxlama imkanlarını məhdudlaşdıra bilər. Bundan əlavə, şirkətin məhkəmə iddiaları, araşdırmalar və hüquqi proseslərlə üzləşə biləcəyi vurğulanıb.

"Brendimiz, nüfuzumuz və səhm qiymətimiz zərər görə bilər," – deyə şirkət əlavə edib.

Bu açıqlama, Target şirkətinin mühafizəkar qismindən gələn tənqidlər səbəbindən DEİ təşəbbüslərini geri çəkməsindən bir neçə gün sonra gəlib. Target-in səhmdarları şirkəti bu riskləri düzgün açıqlamadığına görə məhkəməyə vermiş, bu da alıcı narazılığına və səhmlərinin dəyərinin düşməsinə səbəb olmuşdu.

Pinterest, DEİ siyasətini yenidən qiymətləndirən ən son şirkətlərdən biridir. Şirkət 2015-ci ildən bəri müxtəliflik hesabatı yayımlasa da, 2024-cü il üçün hesabatını hələ dərc etməyib.

Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə




Paylaş
Şərh əlavə et