Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu: "Bu il 16 yaşından kiçik uşaqlar üçün sosial mediadan istifadənin məhdudlaşdırılması ilə bağlı tənzimləməni həyata keçirməyi planlaşdırırıq",- deyib.

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu TRT Xəbərə Xüsusi Müsahibəsində gündəmlə bağlı qiymətləndirmələr edib və sualları cavablandırıb.
“Girişin bloklanması məhkəmə qərarı ilə qoyulur”
Nazir Uraloğlu: "Bu il 16 yaşından kiçik uşaqlar üçün sosial mediadan istifadənin məhdudlaşdırılması ilə bağlı tənzimləməni həyata keçirməyi planlaşdırırıq",- deyib.
Dünyanın bir çox ölkələrində sosial medianın tənzimləndiyini xatırladan Uraloğlu tənzimləmənin 16 və altı yaş qrupunu əhatə edəcəyini bildirib.
Uraloğlu Roblox və Discord oyunlarına da toxunaraq, bloklanan tətbiqlərlə bağlı məhkəmə qərarının gözlənildiyini bildirib. O, arzuolunmaz məzmunların silinməsi halında oyunlara girişin mümkün olacağını bildirib.
"Uşaqları və gəncləri qorumalıyıq. Biz dünyada sosial mediadan ən çox istifadə edən 5-ci ölkəyik. Giriş məhkəmə qərarı ilə bağlanıb. Virtual qumar oyunları ilə bağlı da tənzimləmələr etməyi planlaşdırırıq".
Mənbə: TRT Haber
Tərcümə etdi: Amina Paşazadə
