Hökumət Effektivliyi Departamentində (DOGE) çalışan 25 yaşlı mühəndis Marko Elez irqçi paylaşımlar etdiyi ortaya çıxdıqdan sonra istefa verib.

Wall Street Journal xəbər verir ki, Elezin adına bağlı olan X (keçmiş Twitter) hesabında irqçi ifadələr yer alıb. Sentyabr ayında edilən paylaşımlarda “Məni etnik qrupumdan kənarda biri ilə evlənməyə heç kim məcbur edə bilməz” və “Hind nifrətini normallaşdırın” kimi ifadələr işlədilib. Həmçinin, hesab Donald Trampın 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ərəfəsində "eyugenik miqrasiya siyasəti"nin dəstəklənməsi ilə bağlı paylaşımlar edib.
Məlumata görə, Wall Street Journal bu məsələ ilə bağlı Ağ Evə sorğu göndərdikdən sonra Elez istefa verib. O, əvvəllər Elon Musk-a məxsus olan X və SpaceX-də çalışıb. Daha sonra isə Maliyyə Nazirliyində federal məxfi ödəniş sənədlərinə çıxış hüququ əldə edib.
WIRED xəbər verir ki, DOGE gənc mühəndisləri dövlət qurumlarına göndərərək kütləvi islahat planlarını həyata keçirməyə cəlb edib. Bu, mühəndislərin məxfi məlumatlara çıxışı ilə bağlı təhlükəsizlik riskləri yaratdığı üçün ciddi narahatlıq doğurub.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
