
Fransa Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün Ukraynaya ilk “Mirage 2000” döyüş təyyarələrini təhvil verib. Fransa müdafiə naziri Sebastiyan Lekornu "Fransada aylarla təlim keçən ukraynalı pilotların istifadə etdiyi təyyarələr artıq Ukrayna səmasını qoruyacaq" deyib.
Qərb ölkələri Rusiyaya qarşı mübarizə aparan Ukraynaya hərbi yardım göstərməkdə davam edir. Fransanın müdafiə naziri Sebastiyan Lekornu sosial media hesabındakı paylaşımında Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün Fransa istehsalı olan “Mirage 2000-5” döyüş təyyarələrinin ilk partiyasının Ukraynaya çatdırıldığını açıqlayıb.
Nazir Lekornu paylaşımında "Fransa prezidenti Emmanuel Makron Fransanın "Mirage 2000"lərinin 6 iyun 2024-cü ildə Ukraynaya təhvil veriləcəyini açıqlayıb. Bunlardan birincisi bu gün Ukraynaya gəldi. Aylarla Fransada təlim keçən ukraynalı pilotların istifadə edəcəyi təyyarələr artıq Ukrayna səmalarını qoruyacaq" deyib.
Ukraynaya göndərilən döyüş təyyarələrinin sayı ilə bağlı ətraflı məlumat verilməyib.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Fatimə Hüseynova
