Bu gün:

Rusiyanın “Yars” ballistik raketi


Rusiya ordusu Volqa bölgəsində nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketi ilə təlim keçirib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Volqa çayı bölgəsində “Yars” qitələrarası nüvə ballistik raketi ilə təlim keçirildiyi bildirilib.


 Bildirilib ki, raket bölməsi “Yars” raket qurğularının məxfiliyini artırmaq məqsədi ilə meşə ərazisinə səpələnmək vəzifəsini yerinə yetirib. qoşunlar təxribat qruplarına qarşı müdafiə təlimləri də keçirib.

Paylaşılan görüntülərdə nüvə raketlərinin qarla örtülmüş meşədə irəlilədiyi anlar əks olunub. Ukrayna ilə bağlı Qərblə gərginliyin davam etdiyi bir vaxtda Rusiyanın bu addımı “nüvə xəbərdarlığı” və “Qərbə hədə-qorxu” kimi şərh edilib.

Mənbə: Cnn türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et