ABŞ-nin nüfuzlu vençur kapital şirkəti Andreessen Horowitz (a16z) bəraət almış keçmiş dəniz piyadası Daniel Pennini investor kimi işə götürüb. Bu barədə TechCrunch platforması məlumat yayıb.

Penni, ötən il Nyu-York metrosunda bir evsizin ölümündə cinayətkar səhlənkarlıqla adam öldürmə ittihamı ilə mühakimə olunmuş, lakin məhkəmə onu günahsız elan etmişdi. Hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.
Məlumata görə, Penninin investisiya sahəsində təcrübəsi yoxdur, lakin a16z onu bu sahədə yetişdirməyi planlaşdırır. “The Free Press”in əldə etdiyi daxili açıqlamada bildirilir ki, o, hökumət və müdafiə texnologiyalarına investisiya edən American Dynamism bölməsində çalışacaq.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
