
Royal Shakespeare Company (RSC) Roald Dahlın uşaq romanı olan "The BFG"ni səhnəyə uyğunlaşdıracağını açıqladı.
Chichester Festival Theatre və Roald Dahl Story Company ilə birlikdə işləyən yeni səhnə uyğunlaşması 2025-ci ildə bayram mövsümündə 10 həftəlik davam etmək üçün Stratford-upon-Avondakı Kral Şekspir Teatrında açılacaq.
BFG nəhənglə dost olan və digər nəhənglərin uşaqları yeməsinin qarşısını almaq üçün birlikdə bir missiyaya başlayan Sofi adlı bir yetim uşağın hekayəsindən bəhs edir.
Bu şou 2010-cu ildə Matilda the Musicaldan sonra Roald Dahl romanının ilk RSC səhnə adaptasiyasıdır.
Tamaşanın rejissoru RSC-nin bədii rəhbəri Daniel Evans olacaq.
BBC News-a danışan o, şounun həyəcan verici olduğunu və həm böyüklərə, həm də uşaqlara müraciət edəcəyini söylədi, çünki "hər kəsin xəyalları var və hekayə göstərir ki, kifayət qədər inansanız, xəyallarınız gerçəkləşə bilər",- deyə fikrini tamamladı.
Kitabdakı digər mühüm personaj isə BFG və Sofiyə uşaqları xilas etmək üçün kömək edən Kraliçadır.
"Matilda" musiqili dünyanın 100 şəhərində 12 milyondan çox insan tərəfindən izlənilib və 101 beynəlxalq mükafat qazanıb. 2022-ci ilin oktyabrında filmə uyğunlaşdırılıb.
Roald Dahl hekayə şirkəti əvvəllər Sehrli Teatr, Cadılar və Nəhəng Timsahı səhnəyə qoyub.
1990-cı ildə 74 yaşında vəfat edən Dahl Böyük Britaniyada bir nömrəli müəllif olaraq qalır və 2023-cü ilə qədər bütün dünyada 300 milyondan çox kitabı satılıb. Onun əsərləri 64 dilə tərcümə olunub.
Lakin həyatı boyu edilən antisemit şərhlər Dahlın çox problemli bir fiqur olmasına səbəb olub.
Mənbə: BBC
Tərcümə etdi: Leila Musayeva
