Bu gün:

Cruise işçi qüvvəsini azaltmaqla fəaliyyətini dayandırır


Avtonom nəqliyyat vasitələri istehsal edən Cruise şirkəti fəaliyyətini dayandırmağa hazırlaşdığı üçün işçi qüvvəsinin təxminən 50%-ni ixtisar edəcək. Bu proses şirkətin yüksək rəhbərliyində də dəyişikliklərə səbəb olub.

Məlumata görə, CEO Mark Whitten, baş təhlükəsizlik direktoru Steve Kenner və ictimai siyasət üzrə qlobal rəhbər Rob Grant bu həftə Cruise-dan ayrılacaq. Baş texnoloq Mo Elshenawy isə keçid prosesinə dəstək olmaq üçün aprelin sonuna qədər vəzifəsində qalacaq.

Şirkətin qalan hissəsi ana şirkəti General Motors-un nəzarətinə keçəcək. GM isə resurslarını Super Cruise əlsiz sürücü dəstək sisteminin təkmilləşdirilməsinə yönəldərək gələcəkdə şəxsi avtonom nəqliyyat vasitələrini təqdim etməyi planlaşdırır.

Mənbə: TechCrunch

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et