PKK terrorçuları İsveçrədə məscidi hədəfə alıblar. Terrorçular götürdükləri atəşfəşanlığı məscidə atıb, daha sonra hadisə yerindən qaçıblar. İsveçrə polisi terrorçuların arxasınca düşüb.
İsveçrədə terror təşkilatı PKK üzvləri məscidə hücum edib. Olten şəhərindəki məscid gecə saatlarında hədəfə alınıb.
Maskalı PKK terrorçuları məscidə atəşfəşanlıq ataraq, ziyan vurublar.
Bölgə polisi hadisə yerindən qaçan şübhəlilərin müəyyən edilməsi üçün araşdırmalara başlanıldığını açıqlayıb.
Hadisə gecə saatlarında baş verdiyi üçün tələfat olmayıb. Lakin məscidin yanında yerləşən Türk Kültür Dərnəyinə də hücum nəticəsində ziyan dəyib.Olten şəhərində yaşayan müsəlman icmaları narahatdır. O, İsveçrə hakimiyyətindən daha sərt təhlükəsizlik tədbirləri görməsini tələb edir. Polis atəşfəşanlıqla məscidə hücum edən şübhəlilərin arxasındadır. O, hadisə şahidləri ilə məsləhətləşərək hadisənin təfərrüatlarını öyrənməyə çalışır.
PKK terrorçularının bu hücumu bir ilk deyil. Xüsusilə son zamanlar məscid və türk dərnək və birlikləri kimi qurumlara hücumlar artıb. Son hücumla İsveçrə polisinin gördüyü təhlükəsizlik tədbirlərinin nə qədər qeyri-adekvat olduğu bir daha ortaya çıxdı.
Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
