Bu gün:

OpenAI insanabənzər robotlar və ağıllı əşyalar üzərində işləyir


TechCrunch xəbər verir ki, OpenAI ABŞ Patent və Ticarət Markası İdarəsinə (USPTO) yeni ticarət nişanı üçün müraciət edib. Bu müraciət OpenAI-nin insanabənzər robotlar, ağıllı zinət əşyaları və süni intellektlə bağlı yeni texnologiyalar üzərində işlədiyini göstərir.

Şirkətin təqdim etdiyi sənədlərdə ağıllı saatlar, qulaqlıqlar, eynəklər, virtual və artırılmış reallıq başlıqları, eləcə də süni intellekt tərəfindən dəstəklənən qarşılıqlı əlaqə və simulyasiya texnologiyaları qeyd olunub.

Bundan əlavə, OpenAI "istifadəçi tərəfindən proqramlaşdırıla bilən insanabənzər robotlar" və "ünsiyyət və öyrənmə funksiyalarına malik robotlar" üzərində çalışdığını bildirib. Bu robotların insanlara kömək və əyləncə məqsədilə istifadə ediləcəyi qeyd edilir.

Bu addım OpenAI-nin yalnız proqram təminatı deyil, həm də fiziki avadanlıqlar sahəsində fəaliyyətini genişləndirmək niyyətində olduğunu göstərir.

Mənbə: Techcrunch

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et