Ukrayna Rusiyanın Kurskdakı bir məktəbə hava hücumu təşkil etdiyini və 4 nəfərin ölümünə səbəb olduğunu açıqlasa da, Rusiya hücumun Kiyev tərəfindən törədildiyini iddia edib.
Ukrayna Rusiyanın Kurskdakı bir məktəbə hava hücumu təşkil etdiyini açıqlayıb. Ukrayna ordusu hücumda 4 nəfərin öldüyünü, çoxlu sayda mülki vətəndaşın yaralandığını, 80 nəfərin isə binadan xilas edildiyini bildirib. Ukrayna prezidenti Vladimir Zelenski hadisə ilə bağlı açıqlamasında bildirib ki, Moskva mülki şəxslərin qaldığı və təxliyyə olunmağa hazırlaşan internat məktəbini bombalayıb. Sosial media hesabından açıqlama verən Zelenski Rusiyanı "sivilizasiyadan məhrum bir dövlət" olaraq xarakterizə edərək "Rusiya müharibəni belə aparır. İçəridə onlarla mülki şəxs olmasına baxmayaraq binanı yerlə bir etdi”,- deyə bildirib.
Ukrayna Baş Qərargahından verilən açıqlamada 4 nəfərin öldüyü, 84 mülki vətəndaşın xilas edildiyi və hücumun qəsdən həyata keçirildiyi bildirilib.
Ukraynanın iddiaları Rusiya tərəfindən rədd edilib. Rusiya Müdafiə Nazirliyi hücumu Ukraynanın həyata keçirdiyini bəyan edib. Bəyanatda Sumi bölgəsindən atılan raketlərin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edildiyi bildirilib və əlavə edilib: "Bu təxribat dünya ictimaiyyətinin diqqətini Kiyevin Kursk bölgəsində törətdiyi vəhşilikdən yayındırmaq məqsədi daşıyır. Kiyevdə iqtidarda olanların mülki obyekti terrorist və qeyri-insani mahiyyətini bir daha nümayiş etdirir".
Mənbə: MSN
Tərcümə etdi: Fatimə Hüseynova