Bu gün:

Yaponiyada yol çökərək nəhəng dəlik yaradıb


Yaponiyanın Saitama prefekturasında yol naməlum səbəbdən çöküb. Yoldan keçən yük maşını nəhəng çuxura düşüb və xəsarət alan sürücü üçün xilasetmə işlərinin davam etdiyi bildirilib.

 Yaponiyanın Saitama prefekturasında qəza hadisəsi baş verib. Yerli hakimiyyət orqanlarından alınan məlumata görə saat 09:50 radələrində Yaşio şəhərində yol naməlum səbəbdən çöküb.

Hadisədən sonra diametri 5 metr, dərinliyi isə 10 metr olan çuxur əmələ gəlib və hərəkətdə olan yük maşını nəhəng çuxura düşüb. Xəbərdarlıq üzərinə əraziyə çoxlu sayda polis və sağlamlıq qrupları sövq edilərkən yaralı yük maşını sürücüsünün xilasetmə işlərinin davam etdiyi bildirilib.

Mənbə:NTV

Tərcümə etdi:Səma İsmayılova

Paylaş
Şərh əlavə et