Bu gün:

OpenAI nüvə təhlükəsizliyi üçün ABŞ ilə əməkdaşlıq edəcək


TechCrunch xəbər verir ki, OpenAI süni intellekt texnologiyalarını ABŞ-nin Milli Laboratoriyaları və Energetika Nazirliyinin tədqiqat şəbəkəsinə təqdim edəcək. AI modelləri nüvə silahlarının təhlükəsizliyi və digər elmi araşdırmalar üçün istifadə olunacaq.

CNBC-nin məlumatına görə, OpenAI əsas investoru Microsoft ilə birlikdə Los Alamos Milli Laboratoriyasındakı superkompüterdə AI modelini yerləşdirəcək. Bu model Los Alamos, Lawrence Livermore və Sandia laboratoriyalarında çalışan alimlər üçün ortaq mənbə olacaq və müxtəlif tədqiqat layihələrində istifadə ediləcək.

Layihə çərçivəsində nüvə müdafiəsi sahəsində də araşdırmalar aparılacaq. OpenAI, ABŞ-nin nüvə təhlükəsizliyi üzrə işlərini dəstəkləyəcəyini və bu işlərə təhlükəsizlik icazəsi olan mütəxəssislərin cəlb ediləcəyini açıqlayıb.

Şirkət bu əməkdaşlığı "yeni bir dövrün başlanğıcı" kimi qiymətləndirərək bildirib ki, AI texnologiyaları elmi inkişafı sürətləndirəcək, milli təhlükəsizliyi möhkəmləndirəcək və ABŞ hökumətinin strateji təşəbbüslərinə dəstək verəcək.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et