
Yunanıstanın müdafiə naziri Nikos Dendiasın ardınca Yunan mətbuatı Türkiyəyə “Meteor” raketlərinin satışının Afinanın narahatlığına səbəb olduğunu yazıb. Yunan mətbuatının yazdığına görə, Almaniya satışa etirazını geri götürüb, Fransa isə satışı təsdiqləyib. Yunan mətbuatı İngiltərə rəsmilərinin raketlərin Türkiyəyə satışına yaşıl işıq yandırmaq üçün Parisdə lobbi fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb.
Türkiyənin Müdafiə Sənayesini inkişaf etdirmək üçün atdığı addımlardan narahat olan Yunan mətbuatı Türkiyəyə “Meteor” raketlərinin satışı haqqında danışmağa davam edib.
Yunanıstanın "Kathimerini" qəzeti Yunanıstanın müdafiə naziri Nikos Dendiasın daha əvvəl Fransanın Afina səfiri Laurance Auer-ə narahatlığını ifadə etdiyi məsələni "Türkiyə Yunanıstanın narahatlıqları arasında raketləri izləyir" başlığı ilə işıqlandırıb.
Kathimerini qəzeti Türkiyə Müdafiə Sənayesinin əldə etdiyi irəliləyişlərlə əlaqədar olaraq, "Türkiyə Meteor raketləri də daxil olmaqla qabaqcıl silah sistemlərinə malik dördüncü nəsil Eurofighter Typhoon təyyarələri alaraq hava qüvvələrini gücləndirmək planlarını irəliləyir" deyib.
"Almaniyanın Türkiyəyə Meteor raketlərinin satışına etirazını geri götürdüyünü" ifadə edən Kathimerini, "Fransa da Meteor raketlərinin daxil edilməsini təsdiqlədiyini" bildirib.
Təsdiq prosesinin Fransanın da daxil olduğu konsorsiumdan keçəcəyini ifadə edən Kathimerini, İngiltərə rəsmilərinin raketlərin Türkiyəyə satışına yaşıl işıq yandırmaq üçün Parisdə lobbiçilik fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb.
Ankaranın gözünün raketlərdə olduğunu ifadə edən Kathimerini, inkişafın Yunanıstanda narahatlıq yaratdığını, lakin Afina rəhbərliyinin indiyə qədər ölçülü bir münasibət sərgilədiyini bildirib.
Qəzet qeyd edib ki, Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis məsələnin "həssas" olduğunu bildirib və şərh verməkdən çəkinib.
Qəzet, "Afina və Ankara arasındakı gərginliyə uzun müddətdir ki, ərazi mübahisələri və hərbi rəqabət, xüsusən də Egey dənizi ilə bağlı yaranıb. Yunanıstan son vaxtlar hava qüvvələrini Fransadan gələn Meteor raketləri ilə təchiz edilmiş qabaqcıl Rafale döyüş təyyarələri ilə gücləndirib" şərhini yazıb.
Qəzet analitiklərin məsələni “Ankara Eurofighter alışı ilə buna qarşı durmağa çalışır” kimi dəyərləndirdiyini bildirib.
Mənbə: Hüriyyet
Tərcümə etdi: Dilbər Paşazadə
