Bu gün:

İstedadı ilə hər kəsi heyran edən 11 yaşlı Jonah Larsonun hekayəsi


Əl işləri ilə yalnız nənələrin məşğul ola biləcəyini düşünürsənsə, yanılırsan. Efiopiyada anadan olan Jonah Larson hələ 5 yaşında bu işə hobbi olaraq başlayıb və 11 yaşında fenomenə çevrilib. Bu gün onun 190 mindən çox İnstagram izləyicisi, 45 mindən çox Youtube abunəçisi və kitab müqaviləsi var. Bizi ruhlandıracaq və ümid bəxş edəcək bu hekayəyə daha yaxından nəzər salaq.

5 yaşında bir neçə Youtube dərsi kəşf edərək özünü inkişaf etdirdi

Youtube-da kəşf etdiyi onlayn dərslər sayəsində, hobbisi haqqında çox şey öyrənən Jonahın işində ustalaşmağı çox çəkmədi və qısa müddətdə əlcək, yorğan və süfrə hazırlamağa başladı.

O, "Jonah's Hands" adlı şəxsi biznesini qurdu

Anası Jenniferin dəstəyi ilə Jonah "Jonah's Hands" adlı şəxsi biznesinə başladı və internetdə çoxlu sifarişlər almağa başladı. Hazırda anası ilə birlikdə "Hello Crochet Friends" adlı kitab üzərində işləyirlər.

Bu istedadlı 11 yaşlı uşaq onun qabiliyyətlərinə heyran olan insanlardan çoxlu mesajlar alır, hətta bəziləri ondan öyrənmək istəyir. Qısa müddətdə onun izləyiciləri işinə görə Jonaha “dahi” və “gözəl oğlan” ləqəbi verdilər. Dərslərində də uğur qazanan Jonah gələcəkdə uğurlu cərrah olmaq istəyir. Onun gələcəyi ilə bağlı böyük arzuları var. Çünki Jonah da qazancını Efiopiyaya göndərir və başladığı kampaniya ilə Efiopiyadakı uşaqların xəyallarına ümid verir.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et