Çinin süni intellekt (AI) tətbiqi DeepSeek ChatGPT və digər rəqiblərini geridə qoyaraq ABŞ, Böyük Britaniya və Çində Apple cihazlarında ən çox yüklənən pulsuz proqrama çevrilib.
Bir neçə gün əvvəl yayımlanan tətbiqin şöhrəti ABŞ-ın süni intellekt sənayesində lider olduğuna dair geniş yayılmış inamı sarsıdıb.
Bildirilir ki, DeepSeek-in açıq mənbə modeli 6 milyon dollardan aşağı qiymətə hazırlanıb. Bu, təkcə keçən il 5 milyard dollar xərcləmiş ChatGPT kimi rəqiblərin xərclədikləri ilə müqayisədə cüzi bir məbləğdir.
Şirkətin kiçik bir maliyyə açıqlaması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib, lakin yaratdığı təsirlər ABŞ-da böyük texnologiya şirkətləri bazarını sarsıdıb.
DeepSeek-R1-in istifadəyə verilməsindən sonra şirkət məhsulunun riyaziyyat və kodlaşdırma kimi sahələrdə ChatGPT istehsalçısı OpenAI-nin ən son modelləri ilə "eyni performans" göstərdiyini açıqlayıb.
Mənbə: BBC
Tərcümə etdi: Fatimə Hüseynova