TechCrunch, The Washington Post və Reuters-in məlumatına görə, Elon Musk-ın yaxın çevrəsində olan şəxslər ABŞ hökumətinin bəzi vacib agentliklərinin daxili işlərinə nəzarəti ələ keçirib.

The Washington Post yazır ki, Xəzinədarlıq Departamentinin ən yüksək vəzifəli karyera rəsmisi vəzifəsini tərk edib. Səbəb isə Musk-ın rəhbərlik etdiyi "Hökumət Səmərəliliyi Departamenti" (DOGE) ilə "həssas ödəniş sistemlərinə giriş" mövzusunda yaranan fikir ayrılığı olub.
Bundan əlavə, Reuters bildirir ki, Musk-ın köməkçiləri bəzi federal işçilərin kompüter sistemlərinə girişini məhdudlaşdırıb. Həmin sistemlər milyonlarla dövlət qulluqçusunun şəxsi məlumatlarını özündə birləşdirir.
İddialar hələlik rəsmi qurumlar və ya Elon Musk tərəfindən təsdiqlənməyib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
