Bu gün:

“Yeni Eynşteyn” adı verilən qadın fizik - Sabrina Pasterski


Dünyanın aparıcı universitetlərindən biri olan Harvard Universiteti Sabrina Qonzalez Pasterski adlı gənc qadını indiki Eynşteyn kimi göstərir. Cəmi 23 yaşı olmasına baxmayaraq, bütün dünyada adından söz etdirən gənc dahi artıq ABŞ-ın ən istedadlı fiziklərindən birinə çevrilməyi bacarıb. Onun 23 illik həyatına nəzər saldıqda çox uğurlu akademik karyera ilə yanaşı, diqqətini işinə yönəldən bir qadın fizik görürük.

Pasterskinin elm dünyası ilə tanışlığı daha erkən yaşlarından başlayıb. 14 yaşında atası üçün tək mühərrikli təyyarə düzəltdi və təyyarənin tikinti prosesini YouTube-da yerləşdirdi.

O, 16 yaşında bu təyyarəni Miçiqan gölünün üzərindən uçurdu və özünün hazırladığı təyyarədə uçan ən gənc insan oldu.

Bu işləri ilə MIT professorları Allen Haggerty ilə Earll Murmanın diqqətini çəkməyi bacardı və normaldan yüksək potensiala malik olduğunu sübut etdi.

O, MIT-ni (Massaçusets Texnologiya İnstitutu) üç il ərzində, orta hesabla, 5,0 balla (yüksək müvəffəqiyyət göstərən tələbələrə verilən qiymət) bitirən və "MIT fizika orloff təqaüdü"nə layiq görülən ilk qadın tələbə idi.

Bu müvəffəqiyyətdən sonra ona tam akademik sərbəstliklə Harvarddan PhD dərəcəsi təklif edildi.

 Bu hüquqla doktoranturaya başlayacaq gənc fizik heç bir akademikin müdaxiləsi olmadan elmi araşdırmalar aparmaq hüququna malik idi.

Pasterski həyatında heç vaxt smartfon istifadə etmədiyini, sosial media hesabı olmadığını, siqaret çəkmədiyini və spirtli içki qəbul etmədiyini və emosional münasibət yaşamadığını söyləyir.

Hər sahədə karyerasına üz tutan gənc fizik boş vaxtlarında öz suallarına cavab tapmağa çalışır. Bundan əlavə, onun öz ixtiralarını və təcrübələrini dərc etdiyi bir veb saytı var. 23 illik həyatında bir çox mükafat və titullara layiq görülən fizik qadınların elm sahəsində nə qədər uğurlu və güclü olduğunu bir daha bizə göstərir.

Ümid edirik ki, o, gələcək qlobal səyləri ilə şəxsən xatırlanacaq və onu heyranlıqla təbrik edirik.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et