Bu gün:

WhatsApp: İsrailin casus proqram şirkəti


"WhatsApp"ın 90-a yaxın istifadəçisi İsrailin "Paragon Solutions" şirkətinin casus proqram hücumuna məruz qalıb. Hücum əsasən Avropadakı jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinə yönəlib. "WhatsApp"ın sözçüsü bildirib ki, "Paragon Solutions" istifadəçiləri zərərli PDF faylları vasitəsilə hədəfə alıb və şirkət bu hücum vektorunu uğurla zərərsizləşdirib.

"WhatsApp" "Paragon Solutions"a rəsmi xəbərdarlıq göndərib və təsirlənən istifadəçiləri məlumatlandırıb. Citizen Lab araşdırmalarında bu casus proqramın istifadəçilərin şəxsi mesajlarını, fotolarını, əlaqələrini oxuya, şifrələrini əldə edə, hətta mikrofon və kameranı icazəsiz aktivləşdirə biləcəyini müəyyən edib.

İtaliyanın "Fanpage.it" qəzetinin baş redaktoru Françesko Kançellato "WhatsApp"dan bu hücum barədə xəbərdarlıq aldığını açıqlayıb. "WhatsApp" bu hücumu dekabr ayında dayandırdığını bildirib.

2019-cu ildə WhatsApp proqramı oxşar səbəblə İsrailin "NSO Group" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb və qalib gəlib. Ekspertlər jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı bu cür casus proqram hücumlarının artdığını və daha ciddi hüquqi tədbirlərə ehtiyac olduğunu vurğulayırlar.

Mənbə: NBC News

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et