Bu gün:

Kişi hegemonluğunu qıran marafon qaçışçısı qadın: Kathrine Switzer


Kathrine Switzer 5 yanvar 1947-ci ildə anadan olub, amerikalı yazıçı, televiziya şərhçisi və marafon qaçışçısıdır. Burada bizi maraqlandıran tərəf onun Boston marafonunda iştirak edən ilk qadın qaçışçı olması və onun əzmkar, ibrətamiz hekayəsidir.

Katrin Svitzerə qədər 70 il marafonda yalnız kişilər iştirak edirdi.

1967-ci ildə Bostonda marafonda iştirak edən ilk qadın idmançı oldu. Qadınların iştirak edə bilməyəcəyi ilə bağlı yazılı qayda olmasa da, 70 ildir ki, marafonda yalnız kişilər yarışıb və o günə qədər heç bir qadın idmançı qaçmayıb.

Kathrine Switzer cinsini göstərmədən 'KVSwitzer' adı ilə Boston marafonu üçün qeydiyyatdan keçdi. 19 aprel 1967-ci ildə ətrafdakı digər rəqiblərin qeyri-ciddi baxışları arasında 261 nömrəsi ilə marafonda yerini aldı və səlahiyyətlilər Switzerin fərqinə varmadan yarış başladı.

Yarış zamanı illərlə yadda qalacaq o fotolar üzə çıxıb.

Jurnalistlərin çaxnaşmaları arasında yoldan sıçrayan Jock Semple adlı zabit Ketrinin qolundan tutaraq “Yarışmadan get, indi mənə nömrəni ver”, - dedi. O, qışqırıqları ilə qadın idmançını yarışdan kənarlaşdırmağa çalışıb. Qorxmasına baxmayaraq, Ketrin qaçmağa davam etdi. Sonra qəfildən marafon təcrübəsi olmasa da, Ketrinin qaçdığı üçün onu tək buraxmaq istəməyən 390 nömrəli sevgilisi Tomas Miller Jocku qovdu və hər şey mətbuatın qarşısında baş verdi. Beləliklə, illər boyu yaddaşlarda qalacaq o fotoşəkillər üzə çıxdı.

Ketrin dayanmadı və qaçmağa davam etdi. Çünki qadınlar qaça biləcəklərinə hamını inandırmalı idilər və onlar qaçışı 4 saat 20 dəqiqəyə tamamlaya bildilər.

Yalnız 5 ildən sonra qadınların da yarışmalarda iştirak edə bilməsi qərara alınıb.

5 ildən sonra yarışlarda qadınların da iştirak edə bilməsi qərara alınıb. Əslində, bu addım qadın marafonunun 1984-cü ildə Olimpiya proqramına daxil edilməsinə qədər uzanan mühüm addımdır. 1973-cü ildə ilk yarışda ona mane olmağa çalışan təşkilatçı Jock Semple ilə şəkil çəkdirdilər. Belə çıxır ki, Jock nəyi səhv etdiyini anlayıb. 

Kathrine Switzer qaçışın 50 illiyi üçün xüsusi olaraq verdiyi müsahibədə o, aşağıdakı emosional sözləri dilə gətirib:

“Mən yarış zamanı böyümüşəm. Boston marafonuna gənc bir qız kimi başladım, bu yolda böyüdüm və sonunda yetkin bir qadın oldum. Təxminən 32-ci kilometrdə, bu qaçışı başa vurduqdan sonra, daha yaxşı idmançı olmaq və digər qadın idmançılara mənim hiss etdiyim güc və azadlığı hiss etmələri üçün yol göstərmək qərarına gəldim. Finiş xəttini keçəndə: "Yaşasın, bacardım" əvəzinə, "Yaşasın, artıq bir həyat planım var!"- dedim".

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et