Bu gün:

Los-Ancelesdə “HELP” yazıları narahatlıq yaradıb


Son günlərdə Google Earth görüntülərində Los-Ancelesin mərkəzindəki boş bir sahədə “HELP” (“KÖMƏK”) yazıları aşkar edilməsi sosial şəbəkələrdə böyük narahatlıq yaradıb.

X istifadəçiləri tərəfindən paylaşılan görüntülərdə torpağın üzərində “HELP”, “trafico” və “LAPD” sözləri görünür. Bu qeyri-adi mənzərə insan alveri və ya cinayət hadisəsi ilə bağlı müxtəlif fərziyyələrə səbəb olub.

Lakin Los-Anceles Polis Departamenti (LAPD) məsələni araşdıraraq, heç bir cinayət fəaliyyətinin qeydə alınmadığını bildirib. Sözlərin 2023-cü ildən mövcud olduğu və həmin ərazidə yaşayan bir evsiz şəxs tərəfindən yazıldığı müəyyən edilib.

Məsələ ilə bağlı LAPD rəsmiləri açıqlama verərək, həmin şəxsin daha əvvəl dəfələrlə sığınacaq və psixoloji yardım təkliflərini rədd etdiyini qeyd ediblər. Union Pacific Railroad şirkəti də bu iddiaları təsdiqləyərək, yazıların bir nəfər tərəfindən qonşu ərazilərdə dəfələrlə yazıldığını bildirib.

Nəticədə, polis və digər rəsmi qurumlar burada hər hansı təhlükənin olmadığını təsdiqləyiblər və bunun sosial şəbəkələrdə yayılan əsassız şayiələrdən biri olduğunu bildiriblər.


Mənbə: Opera news
Tərcümə edən:Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et