Bu gün:

Beynəlxalq Türk Dövlətləri Universiteti açılır


Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universiteti yaradılacaq.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Beynəlxalq Türk Dövlətləri Universitetinin yaradılması haqqında fərman imzalayıb.

Müvafiq olaraq universitet mühəndislik, tikinti, logistika, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı, qida mühəndisliyi, iqtisadi və sosial elmlər kimi sahələr üzrə beynəlxalq standartlara uyğun təhsil verəcək.

2025-2026-cı tədris ilində fəaliyyətə başlayacaq universitetdə təhsil sistemi beynəlxalq reytinqlərdə ilk 1000 universitet arasında yer alan Türkiyənin ali təhsil müəssisələrinin təhsil proqramları əsasında qurulacaq.

Universitetin fəaliyyəti və koordinasiyası üçün Özbəkistan qanunlarına uyğun fəaliyyət göstərəcək direktorlar şurası yaradılması nəzərdə tutulur.


Mənbə: TRT Haber
Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et