
Yaponiyanın Saitama prefekturasında yol naməlum səbəbdən çöküb. Yoldan keçən yük maşını nəhəng çuxura düşərkən, xəsarət alan sürücü üçün xilasetmə işlərinin davam etdiyi bildirilir.
Yaponiyanın Saitama prefekturasında inanılmaz qəza baş verib. Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, saat 09:50 radələrində Yaşio şəhərində yol naməlum səbəbdən çöküb.
Hadisədən sonra diametri 5 metr, dərinliyi 10 metr olan çuxur əmələ gəlib və hərəkətdə olan yük maşını nəhəng çuxura düşüb. Xəbərdarlıq üzərinə əraziyə çoxlu sayda polis və sağlamlıq qrupları sövq edilərkən, yaralı yük maşını sürücüsünün xilasetmə işlərinin davam etdiyi bildirilib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Mənbə:NTV
Tərcümə etdi:Səma İsmayılova
