Bu gün:

Steve Cobs kimdir və “Apple”ı necə qurub?


Steve Cobs texnologiya dünyasının ən nüfuzlu şəxslərindən biri olaraq, müasir dövrün simvoluna çevrilmişdir. 1955-ci il fevralın 24-də Kaliforniyanın San-Fransisko şəhərində dünyaya gələn Cobs, innovativ düşüncələri, təşəbbüskarlığı və fərqli baxışları ilə texnologiyanı gündəlik həyatın ayrılmaz bir hissəsinə çevirmişdir. Onun həyatı, sıfırdan başlayaraq qlobal uğura nail olmağın ilhamverici nümunəsidir.


Steve Cobsun həyatı və erkən dövrləri

Steve Cobs, doğma valideynləri Coan Şibl və Əbdülfəttah Cəndəli tərəfindən övladlığa verilmiş və Paul və Klara Cobs tərəfindən böyüdülmüşdür. Uşaqlıqdan elektronika ilə maraqlanan Jobs, Kaliforniyanın Silikon Vadisinin dinamik mühitində böyüyərək texnologiyaya olan marağını erkən yaşda inkişaf etdirmişdir. Orta məktəb illərində gələcək iş ortağı Steve Wozniakla tanış olmuş və bu dostluq, sonradan Apple şirkətinin yaranmasına zəmin yaratmışdır.


Steve Cobs "Reed College"də təhsil almağa başlasa da, ənənəvi akademik sistemin ona uyğun olmadığını hiss edərək təhsilini yarımçıq qoydu. Bununla belə, bu müddətdə qatıldığı xəttatlıq dərsləri, sonradan Apple məhsullarının dizaynında mühüm rol oynayacaq estetik anlayışını inkişaf etdirdi. Hindistana səfəri zamanı Zen Buddizmindən ilham alan Cobs, sadəlik və minimalizm üzərində qurulan həyat fəlsəfəsini mənimsədi. Bu düşüncə tərzi həm onun şəxsi həyatını, həm də "Apple"ın məhsul dizaynlarını əhəmiyyətli dərəcədə təsirləndirdi.


"Apple"ın yaranması

1976-cı ildə Steve Cobs, Steve Wozniak və Ronald Wayne ilə birlikdə Apple Kompüter Şirkətini qurub. Şirkət Cobsun ailəsinin evinin qarajında qurulub. Onların ilk məhsulu olan Apple 1 tamamilə Voznyakın mühəndislik bacarığı ilə hazırlanmış sadə fərdi kompüter olub. Lakin Cobsun marketinq bacarıqları sayəsində bu kompüter texnologiya həvəskarları arasında böyük marağa səbəb olub. Bu müvəffəqiyyət "Apple"ın sürətlə böyüməsinə imkan verib.


1977-ci ildə satışa çıxarılan Apple 2, şirkət üçün əsl dönüş nöqtəsi oldu. Qrafik əsaslı istifadəçi interfeysi, rəngli ekranı və genişləndirilə bilən quruluşu ilə Apple 2, o dövrün ən populyar fərdi kompüterlərindən birinə çevrildi. Bu uğur "Apple"ı texnologiya sahəsində lider mövqeyə yüksəltdi və onu böyük bir brendə çevirdi.


1996-cı ildə Apple maliyyə çətinlikləri ilə üzləşdiyi zaman Steve Cobs yenidən şirkətə dəvət olunur. O, şirkəti iflas astanasından xilas edir və onu yeni dövrə çatdırır. Minimalist dizayn yanaşması, innovativ baxışı və istifadəçi yönümlü yanaşması sayəsində Apple texnologiya dünyasında lider mövqeyə çatıb.


"Apple"ın təqdim etdiyi məhsullar 

1998: Qəşəng və istifadəçi dostu dizaynı ilə diqqət çəkən iMac, "Apple"ın yenidən yüksəlişini simvollaşdırıb.


2001: iPod musiqi dinləmə yönlərində inkişaf edib və portativ rəqəmsal musiqi əsrini başladıb.


2007: iPhone rabitə, əyləncə və biznesi yenidən müəyyənləşdirərək smartfonlar dünyasında inqilab edib.


2010: iPad, portativ kompüter konsepsiyasını tamamilə yeni səviyyəyə qaldıraraq media istifadəçisi üçün yeni standart müəyyən etdi.


Steve Cobsun mirası

Steve Cobs 5 oktyabr 2011-ci ildə mədəaltı vəzi xərçəngindən vəfat edib. Lakin onun mövqeyi və irsi texnologiya dünyasında yaşayır. Cobs təkcə sahibkar deyil, həm də novator və dizayn dahisi kimi yadda qalıb. Onun texnologiyaya olan həvəsi, sadəliyi və funksionallığı birləşdirən yanaşması, innovativ ideyaları müasir dünyanın formalaşmasında mühüm rol oynayıb.


Cobsun hekayəsi cəsarət, təxəyyül və ehtirasın gücünü əks etdirən unikal bir nümunə olaraq insanlara ilham verməyə davam edir. "Apple"ın bu günkü uğurlarının arxasında onun qoyduğu innovativ irs dayanır.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et