
Son vaxtlar müdafiə texnologiyaları ilə bağlı müzakirələrdə süni zəka silahlarının tam avtonom şəkildə qərar vermə qabiliyyəti əsas mövzulardan biri olub. Xüsusilə, süni zəkanın ölüm və yaşam kimi həyati qərarlarda iştirak etməsi ilə bağlı mübahisələr geniş yayılıb.
Anduril şirkətinin CEO-su Palmer Luckey, sosial media platforması X-də bildirib ki, ABŞ ordusu uzun müddətdir CIWS (Yaxın məsafədən müdafiə sistemləri) kimi avtonom silah texnologiyalarını alıb və istifadə edib.
Bu məsələyə aydınlıq gətirən Pentaqonun Rəqəmsal və Süni Zəka üzrə Baş Məmuru Dr. Radha Plumb, TechCrunch-a verdiyi müsahibədə avtonom silahların – insan müdaxiləsi olmadan fəaliyyət göstərən texnologiyaların istifadəsini tamamilə rədd etdiklərini bildirib.
“Etibarlılıq və etika baxımından güc tətbiqi qərarlarına həmişə insanların daxil olmasını təmin edəcəyik. Bu prinsip silah sistemlərimizə də aiddir,” – deyə Dr. Plumb qeyd edib. Bu açıqlama ilə Pentaqon, süni zəka texnologiyalarının inkişafı fonunda etik dəyərlərə və təhlükəsizliyə üstünlük verdiyini nümayiş etdirib.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
