Braziliyada yerləşən hava limanında British Airways-ə məxsus təyyarəyə ildırım düşüb.

Məlumata görə, həmin təyyarə Londona uçmalı idi. “Reuters” agentliyi hadisənin baş verdiyi məkanı müstəqil şəkildə araşdıraraq görüntülərin tarixini təsdiqləyə bilib.
Hadisənin şahidlərindən biri Bernhard Warr bildirib ki, ildırım vurduqdan sonra təyyarə təhlükəsizlik yoxlamalarından keçmək üçün uçuş zolağından uzaqlaşdırılıb. Onun sözlərinə görə, yoxlamalar zamanı təyyarədə kiçik zədələr aşkar edilib və onların təmirindən sonra təyyarənin uçuşa hazır olduğu elan olunub. Planlaşdırılan uçuş təxminən altı saat gecikmə ilə həyata keçirilib.
Mənbə: Yahoo news
Tərcümə etdi: Səidə Abasova
