Bu gün:

Xarici İşlər Nazirliyi: Terrora qarşı İraqla birgə mübarizəni davam etdirəcəyik


Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçəli PKK terror təşkilatının İraq əsgərlərini qətlə yetirməsi ilə bağlı açıqlama verib. O bildirib: “PKK terror təşkilatının Türkiyə və İraqın milli təhlükəsizliyinə təhdid yaratdığı və İraqın suverenliyini pozduğu açıqdır. Bu son hücum terror təşkilatının əsl simasını bir daha ortaya qoyub”.


Keçəli PKK terror təşkilatının iki İraq əsgərini qətlə yetirməsi ilə bağlı X sosial media platformasında paylaşım edib.

O vurğulayıb ki, İraq Sərhəd Qüvvələri Komandanlığına bağlı iki sərhəd mühafizəçisinin PKK terror təşkilatının dünən Duhokda həyata keçirdiyi hücum nəticəsində həyatını itirməsindən dərin kədər hissi keçirirlər. Keçəli İraq xalqına başsağlığı, şəhid olan əsgərlərə Allahdan rəhmət və hücum zamanı yaralanan əsgərə şəfa diləyib.

O əlavə edib ki, “Terrora qarşı İraqla birgə mübarizəmizi davam etdirəcəyik".

Qeyd edək ki, dünən İraqın Duhok şəhərində PKK terror təşkilatının hücumu nəticəsində İraq sərhəd mühafizə qüvvələrinin iki əsgəri həyatını itirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et