Bu gün:

Son mübadilədə Həmas tərəfindən azad edilən dörd girov kimlərdir?


Dörd qadın İsrail əsgəri Qəzza zolağında atəşkəs razılaşmasının ikinci girovluqdan azad edilməsində Həmas tərəfindən şənbə günü azad edilib. Karina Ariyev, Daniella Gilboa, Naama Levi və Liri Albaq Qəzza şəhərində Qırmızı Xaç təşkilatına təhvil verilib.

Bunun müqabilində İsraildə saxlanılan 200 fələstinli məhbus azad ediləcək.

Dörd qadın 7 oktyabr 2023-cü ildə Həmas İsrailə hücum edərkən Qəzza ilə sərhəddəki Nahal Oz ordu bazasında müşahidəçi kimi xidmət edirdi.Onların azad edilməsi ötən bazar günü atəşkəsin qüvvəyə minməsindən sonra ikinci belə mübadilənin bir hissəsidir. İlk mübadilədə 3 girov və 90 fələstinli məhbus azad edilib.

 Ümumilikdə, 19 yanvar 2025-ci ildə qüvvəyə minən atəşkəsin birinci mərhələsində altı həftə ərzində 33 girovun azad edilməsi nəzərdə tutulur.Oktyabrın 7-də törədilən hücumda 1200-ə yaxın insan həlak olub, 251 nəfər isə girov kimi Qəzzaya qaytarılıb.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyi bildirir ki, o vaxtdan bəri İsrailin hücumu zamanı əksəriyyəti mülki şəxslər olan 47.200-dən çox fələstinli həlak olub

20 yaşlı Karina Ariyev 2023-cü il oktyabrın 7-də qaçırılan zaman Nahal Öz hərbi bazasında xidmət edirdi.

Onun bacısı Alexandra BBC-yə bildirib ki, o, hücum zamanı Karina ona zəng edərkən atışma səsi eşidib və daha sonra Karinanı maşında apardığını göstərən bir video görüb.

“O, məni sağollaşmağa çağırdı, atəş səsləri eşidirdik” dedi.

 "Qorxdu, ağladı, çaxnaşma içində idi. Son mesajı bomba sığınacağında "burdadırlar" idi. Bu, onunla son əlaqəmiz oldu".Daha sonra Alexandra onun qaçırılması ilə bağlı Telegram-da yayılan videonu görüb. “Onu tanıdıq, üzündə qan var idi, qışqırırdı.

"Mən heç kimin bu hissi yaşamasını istəməzdim" dedi o, BBC-yə. "Zaman dayandı."

Tərcümə etdi :Qüdrət Məmmədova 

Mənbə :BBC

Paylaş
Şərh əlavə et