Sudanın Şimali Darfur əyalətinin mərkəzi Faşir şəhərindəki xəstəxanaya pilotsuz təyyarənin hücumu nəticəsində 70-dən çox adamın öldüyü bildirilib.

Sudan Xəbər Agentliyinin (SUNA) məlumatına görə, Darfur Bölgəsinin prezidenti Mini Arko Minavi öz Facebook hesabında qeyd edib ki, Sürətli Dəstək Qüvvələri (RSF) Səudiyyə Ərəbistanının mərkəzi olan Faşirdəki Səudiyyə xəstəxanasının təcili yardım bölməsini hədəf alıb.
Minavi, hücumda "təcili yardım otağında olan bütün xəstələrin, o cümlədən qadınlar, uşaqlar və digərləri də daxil olmaqla, 70-dən çox xəstənin öldüyünü" bildirib.
Hücumun fotolarını da paylaşan Minavi xəstəxananın təcili yardım şöbəsindəki dağıntılara və qan izlərinə diqqət çəkib.
Digər tərəfdən, Faşir Müqavimət Komitələri tərəfindən edilən açıqlamada “HDK”nın Faşirdəki Səudiyyə xəstəxanasına təşkil etdiyi hücumda yaralılar və yoldaşlarının da olduğu 67 nəfərin həyatını itirdiyi bildirilib. Açıqlamada qeyd edilib ki, təcili yardım şöbəsi hücum səbəbilə yararsız hala düşüb.
2023-cü il aprelin 15-dən Sudanda ordu ilə onun bir vaxtlar tabeliyində olan Sürətli Dəstək Qüvvələri (RSF) arasında hərbi islahatlar və inteqrasiya kimi məsələlərdə fikir ayrılıqları üzündən qarşıdurmalar gedir. Bu müharibəni sona çatdırmaq və həll yolu tapmaq üçün edilən bütün cəhdlər uğursuz olub.
BMT-nin məlumatına görə, dünyanın ən pis köçkünlük və aclıq böhranını yaşayan Sudanda münaqişə nəticəsində 20 mindən çox insan həlak olub.
2023-cü ilin aprelində müharibə başlayandan bəri ölkəni tərk edənlərin sayı 3 milyonu ötüb, 9 milyona yaxın insan isə məcburi köçkün vəziyyətinə düşüb. 25 milyondan çox insanın isə humanitar yardıma ehtiyacı var.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
