
Bu gecə planet paradı olub-olmadığı və onu harada izləmək mümkün olduğu səma hadisələri ilə maraqlananların diqqətini cəlb edir. Planetlərin keçid tarixi və müşahidə nöqtələri bu mövzuya maraqlı olanlar üçün önəmlidir. 6 planetin bir xətt boyunca düzülməsi isə nadir və təsirli bir hadisədir. Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars eyni xətt üzərində düzüləcək. Bu hadisə “planet moda nümayişi” və ya “planet paradı” adlanır. Bu nadir səma hadisəsini yaşamaq istəyənlər planetlərin düzülüşünə baxış nöqtələri və vaxtı ilə maraqlanır. Bəs planet paradı nə vaxt, hansı saatda və haradan müşahidə olunacaq?
2025-ci ildə planet keçidi nə zaman olacaq?
Yanvarın 25-də səmada 6 planet düzüləcək. Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars eyni xəttdə düzüldükcə səmada "planet moda nümayişi" olacaq.
Nadir hadisə kimi qeydə alınır :
Ankara Universiteti Elmlər Fakültəsi Astronomiya və Kosmos Elmləri Bölməsi Müəllim Prof. Dr. Tolgahan Kılıçoğlu bildirib ki, 6 planetin eyni xəttdə bir araya gəlməsi nadir hadisədir. Günəş sistemində 8 planet olduğunu və hər bir planetin Günəş ətrafında fırlanma müddətinin fərqli olduğunu vurğulayan Kılıçoğlu: "Uranın Günəş ətrafında tam bir dövr etməsi demək olar ki, bir insan ömrünə bərabərdir. Bəzən uzaq planetlər orbitlərinin müəyyən bölgələrində Günəşin ətrafında təsadüfən eyni vaxtda rast gələ bilərlər," - deyə qeyd edib.
Bir gecədə 6 planeti müşahidə etmək olar mı?
Kılıçoğlu, Günəşdən uzaq olan 4 planetin Yupiter, Saturn, Uran və Neptun qruplaşdırıldığını və hazırda Venera və Marsın da bu qrupa qoşulduğunu ifadə edərək deyib:
“Bu hadisə “planet moda nümayişi” və ya “planet paradı” adlanır. Bu, astrofotoqraflar və səmanı seyr edənlər üçün çox maraqlı hadisədir. Teleskopunuz varsa, bir gecədə 6 planeti müşahidə etmək şansınız var. Bu, bizim yaşadığımız adi bir hadisə deyil. Təxminən 30 il əvvəl, 1995-1999-cu illər arasında bu uzaq planetlər günəş sisteminin indiki kimi yaxın bölgəsində yerləşirdi. Bizim illər ərzində belə hadisələri bir neçə dəfə yaşamaq şansımız var. Xüsusilə 2027-ci ilə çatdığımız zaman Yupiter bu qrupdan çıxmağa başlayacaq və onun təkrar dövriyyəyə girib Saturnu tutması üçün 10 il gözləmək lazım gələcək. Eyni zamanda bu qrupdakı Uran və Neptunu müşahidə etmək istəsək, bu iki planetin bir araya gəlməsi üçün 170 il lazımdır. Buna görə də, Uran bir müddət bu qrupdan çıxmağa başladıqdan sonra onun Neptunla yenidən görüşməsi üçün uzun müddət gözləmək lazım gələcək. Demək olar ki, 2150-ci ildən sonra baş tuta bilər".
Planetlərin paradını necə müşahidə etmək olar?
Müşahidə üçün ən uyğun vaxtın gün batdıqdan sonra təxminən saat 19.00-19.30 olduğunu ifadə edən Kılıçoğlu, müşahidəçilərin Saturn və Veneranı ilk növbədə adi gözlə və ya teleskopla müşahidə etmələrinin daha yaxşı olacağını, çünki bu planetlərin Yerə ən yaxın olduqları üçün ilk batacaqlarını qeyd edib. Bu hadisəni yalnız qərb yarımkürəsində yaşayanlar müşahidə edə biləcəyini deyib.
Planetləri müşahidə etmək üçün şəhər işıqlarından mümkün qədər uzaq olmağın vacib olduğunu qeyd edən Kılıçoğlu, "Ancaq planetlər çox parlaqdır, buna görə hədəf planetləri görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Ulduzları da daha yaxşı müşahidə etmək üçün qaranlıq bölgələrə üstünlük verilə bilər," deyib. Bundan əlavə, Venera, Mars, Yupiter və Saturn kimi planetləri teleskopa ehtiyac olmadan adi gözlə görmək mümkündür.
Mənbə: Miliyyet
Tərcümə etdi: Dilbər Paşazadə
