Hollandiya Dini Fondunun (HDV) tərkibində yaradılmış islamşünaslıq, sosial tədqiqatlar və təhsil proqramları sahəsində fəaliyyət göstərəcək HDV Akademiyasının açılışı olub.

Haaqadakı HDV Akademiyasının binasında keçirilən açılış mərasimində Türkiyənin Haaqadakı səfiri Selçuk Ünal, Haaqa səfirliyinin müşaviri Pınar Gülün, Dini Xidmətlər müşaviri Dr. Ömər Özgül, həmçinin çox sayda hollandiyalı alimlər və qurum nümayəndələri qatılıb.
Proqram Amsterdam Hacı Bayram Vəli məscidinin imamı Tolqa Yasin Çetinkayanın Quran tilavəti ilə başlayıb.
HDV Akademiyasının direktoru Zehra Ünver Vluq akademiyanın universitetlə cəmiyyət arasında körpü rolunu oynayacağına inandığını bildirib.
Ünver Vluq Hollandiyada müsəlman icması ilə bağlı araşdırma və təlim proqramları həyata keçirəcəklərini və nəzəriyyə ilə praktikanı birləşdirməyi hədəflədiklərini qeyd edib.
Türkiyənin Haaqadakı səfiri Ünal Avropada İslamofobiyanın artmasına diqqət çəkərək liberal dəyərləri ilə tanınan Hollandiyada anti-müsəlman meylinin güclənməyəcəyinə və HDV Academiyanın fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma yaradacına ümid etdiyini qeyd edib.
Leyden universitetində İslam və Qərb professoru Maurits Bergerin açılış mühazirəsindən sonra “Hollandiya müsəlmanları rəqəmsal dövrdə” adlı sessiya keçirilib.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Fatimə Hüseynova
