Financial Times-ın verdiyi məlumata görə, OpenAI tərəfindən başladılan və ABŞ-də məlumat mərkəzləri qurmağı hədəfləyən böyük infrastruktur layihəsi olan Stargate, lazımi maliyyələşməni təmin edə bilmir.
Layihənin tam işlənmiş planı olmadığı bildirilir.
Layihə OpenAI, SoftBank, Orta Şərqin süni intellekt fondu MGX və digər tərəfdaşlar tərəfindən dəstəklənir. Stargate layihəsi üçün təxminən 100 milyard dollar, uzun müddətdə isə 500 milyard dollar dəyərində investisiya tələb olunur. Lakin hazırda SoftBank və OpenAI yalnız hər biri 15 milyard dollar maliyyə ayırmağı planlaşdırır.
Layihənin digər dəstəkçiləri mövcud investorların kapitalından və borc götürərək vəsait toplamağa çalışırlar. Son günlərdə Elon Musk layihəni tənqid edərək, Stargate-in tələb etdiyi maliyyə resurslarına malik olmadığını iddia edib. Bu açıqlamalar Ağ Ev rəsmilərinin narahatlığına səbəb olsa da, ABŞ prezidenti Donald Tramp bu məsələyə reaksiya verməkdən çəkinir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
