Bu gün:

Boluda baş verən yanğın ilə bağlı otel sahibi Halit Ergül həbs olunub


Bolu Kartalkaya Xizək Mərkəzindəki otel yanğını ilə bağlı 78 nəfərin həyatını itirdiyi faciə üzrə saxlanılan 14 şübhəlidən otel sahibi Halit Ergül və idarəetmə müdiri Emir Aras məhkəməyə göndərildikdən sonra həbs olunub.

Kartalkaya Xizək Mərkəzində 238 nəfərin qaldığı oteldə baş verən yanğında 78 nəfər həlak olub.

Həbs edilənlər arasında Əmək Sağlamlığı və Təhlükəsizliyi üzrə Mütəxəssis Ece Kayacan və adı məlum olmayan daha bir şəxs də məhkəməyə göndərilib.

Günorta saatlarında məhkəməyə göndərilən 8 şübhəlinin isə prokurorluqdakı ifadələri tamamlanıb. Aralarında otel sahibi Halit Ergül və şirkət baş direktoru Emir Arasın da olduğu 8 nəfər həbs tələbi ilə məhkəməyə göndərilib.

"Xalqımıza bu böyük acıları yaşadanlar cavab verəcək"

Prezident Ərdoğan Malatyada etdiyi çıxışında Bolu Kartalkayadakı otel yanğınından danışıb. "Kartalkaya otel yanğını zamanı səhv, vəzifə səhlənkarlığı, qanunsuzluq və acgözlük səbəbilə xalqımıza bu böyük acıları yaşadanlar mütləq ədalət qarşısında cavab verəcək", - deyə bildirib.

Mənbə: TRT Haber

Tərcümə elədi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et