OpenAI yeni tədqiqat versiyası olan "Operator" adlı süni intellekt agentini təqdim edib. Bu süni intellekt veb brauzerə nəzarət etməklə müxtəlif tapşırıqları müstəqil şəkildə yerinə yetirmək üçün hazırlanıb.

"Operator" səyahət üçün otel rezervasiyası, restoranlar üçün yerlərin rezerv edilməsi, onlayn alış-veriş və digər gündəlik işlərin avtomatlaşdırılmasını təmin edir. Bu xidmət ilkin olaraq ABŞ-də ChatGPT-nin 200 dollarlıq Pro abunə planına sahib istifadəçilər üçün əlçatan olacaq.
İstifadəçilər "Operator" funksiyasını aktivləşdirdikdə, agentin işlədiyi xüsusi bir veb brauzer pəncərəsi açılır və həmin agentin nə etdiyini izah edən məlumatlar göstərilir. Bununla belə, istifadəçilər istədikləri vaxt ekran üzərində nəzarəti öz əllərinə ala bilərlər.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
