Bu gün:

Bu kodu həll edənə 1 milyon dollar mükafat veriləcək


Bu kodu həll edənə 1 milyon dollar mükafat! O ölkə 5300 illik bir sirrin ardıncadır...

Hindistan 5300 illik Hind Vadisi sivilizasiyasının sirli yazısını deşifrə edə bilən şəxsə 1 milyon dollar mükafat təklif edir. İşarə və işarələrdən ibarət mətnin şifrəsini açmaq tarixə işıq salacaq.Hindistanın cənub-şərqində yerləşən Tamil Nadu əyalətinin hökuməti Hind vadisi sivilizasiyasının yazısını deşifrə edə bilən şəxsə 960 min avro (34,2 milyon türk lirəsi) mükafat təklif edir.

BBC xəbər verir ki, Tamil Nadunun baş naziri M.K.Stalin mükafatı Hind işarələri ilə yerli saxsı qablarda tapılan yazılar arasında oxşarlıqları aşkar edən araşdırmanın dərcindən sonra elan edib.

Harappan kimi tanınan Hind Vadisi sivilizasiyası 5300 il əvvəl Hindistanın şimal-qərbində və Pakistanda yaşayıb. Burada yaşayan insanlar əkinçi və tacir idi və dünyanın ən qədim şəhər cəmiyyətlərindən birini qurdular.Cəmiyyətin qəfil dağılmasının səbəbləri məlum deyil və müharibə və ya təbii fəlakətlə bağlı heç bir dəlil tapılmayıb.

İşarə və işarələrdən ibarət olan yazı təxminən 4000 qısa yazıdan ibarətdir ki, onların əksəriyyəti möhür və saxsı qab kimi kiçik əşyaların üzərinə həkk olunub. Nəzəriyyələr yazını erkən Brahmi yazıları, Hind-Aryan dilləri və Şumer dilləri ilə əlaqələndirir.

Mənbə:Cnn türk 
Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et