Bu gün:

“The terminator” ssenarisi 1 dollara satılıb


1984-cü ildə rejissor Ceyms Kemeronun çəkdiyi məşhur “The Terminator” filminin ssenarisi inanılmaz bir məbləğə – cəmi 1 dollara satılıb. Bu maraqlı fakt Kemeronun karyerasında həlledici rol oynayıb.

Ceyms Kemeron ssenarini prodüser Qale Enn Hərdə satmağa qərar verib. Şərt isə belə idi: Hərd ssenarinin filmə uyğun çəkilməsini təmin etməli və Kemeronun rejissor olması üçün zəmanət verməliydi. Nəticədə, film böyük uğur qazandı və dünya miqyasında məşhur oldu.

“The Terminator” bu gün də elmi fantastika janrının şah əsərlərindən biri sayılır. Onun hekayəsi və mükəmməl rejissorluğu Kemeronun kino tarixində əvəzsiz yer tutmasına səbəb olub.

Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et