Bu gün:

Saxta elektron vizalara qarşı mübarizə


Tailand saxta sənədlərlə səyahət edən pakistanlılara qarşı sərt tədbirlər elan edib. 

Taylandın Pakistandakı konsulluğu elektron viza üçün müraciət edənlərə orijinal təyyarə biletləri və otel sifarişləri də daxil olmaqla orijinal sənədləri təqdim etməyi tapşırıb.

Tayland konsulluğunun son bəyanatına istinadən hesabatda saxta sənədlər təqdim etdiyi aşkar edilən hər hansı bir ərizəçi və ya səyahət agenti qara siyahıya salınacaq və qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək.

Pakistandan gələn səyahətçilərə qarşı sərt tədbirlər 2024-cü ilin oktyabrında baş verən insidentdən sonra tətbiq edilir. Pakistanın Federal Təhqiqat Agentliyi (FIA) Kəraçinin Cinnah Beynəlxalq Hava Limanında saxta vizalarla xaricə səyahət etməyə cəhd edən iki şəxsi saxlayıb.

Ciddi tədbirlərə əlavə olaraq Pakistan FIA son iyirmi ildə ilk dəfə olaraq insan alveri ilə mübarizəyə yönəlmiş səyahət tövsiyəsi yayımlayıb.

FİA-nın Baş Qərargahı ölkə immiqrasiyası üzrə direktor müavinlərinə məktub göndərərək 15 ölkədən, Pakistanın 9 şəhərindən və iki aviaşirkətdən gələn sərnişinlərin ciddi monitorinqi ilə bağlı göstəriş verib.

Pakistan FİA-nın məlumatına görə, aşağıdakı bölgələr Avropaya insan alveri üçün tranzit mərkəzlər kimi müəyyən edilib: 

Efiopiya, Seneqa, Keniya, Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Liviya, İran, Mavritaniya, İraq, Türkiyə, Qətər, Küveyt, Qırğızıstan.

Mənbə: Mint

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et