
Microsoft artıq OpenAI-nin süni intellekt modellərini idarə etmək və öyrətmək üçün eksklüziv bulud provayderi deyil.
Şirkətlər arasında imzalanmış yeni razılaşmaya əsasən, Microsoft OpenAI-nin bulud hesablama gücü üçün “ilk rəddetmə hüququna” malik olacaq. Bu, Microsoft-un texniki tələbləri qarşılaya bilmədiyi halda, OpenAI-nin digər bulud provayderlərinə müraciət edə biləcəyini göstərir.
Microsoft-un verdiyi açıqlamada bildirilir ki, şirkət OpenAI məhsullarını və öyrənmə proseslərini dəstəkləmək üçün Azure platformasında böyük öhdəlik götürüb. Həmçinin, OpenAI-yə modellərin tədqiqi və təlimi üçün əlavə hesablama gücü qurmağa icazə verilib.
Bu yeni razılaşma, OpenAI-nin bulud xidmətlərindən daha çevik istifadə etməsinə imkan yaradacaq.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
