Bu gün:

Yanğın faciəsində həlak olanların sayı 79-a çatıb


Bolu Cumhuriyyət Prokurorluğu Kartalkaya Kayak Mərkəzindəki otel yanğını ilə bağlı aparılan DNT testlərinin nəticələrinə əsasən həlak olanların sayının 79-a çatdığını açıqlayıb.

Prokurorluğun verdiyi məlumata görə, aparılan DNT testləri nəticəsində yanğında daha 3 nəfərin həyatını itirdiyi təsdiqlənib. Beləliklə, faciə nəticəsində ölənlərin ümumi sayı 79-a yüksəlib.

11 nəfər saxlanılıb

Bolu Kartalkayadakı otel yanğın nəticəsində dağıntıya çevrilib. Yanğınsöndürmə işləri başa çatdıqdan sonra dağıntıda araşdırmalara başlanılıb.

Ədliyyə naziri Yılmaz Tunç hadisə ilə bağlı saxlanılanların sayının 11-ə çatdığını açıqlayıb. Bolu Bələdiyyəsinin İtfaiyə Xidmətindən məsul sədr müavini və İtfaiyə müdiri də saxlanılanlar arasındadır. Tunç eyni zamanda hadisəni araşdırmaq üçün 7 nəfərdən ibarət mütəxəssis heyətinin işlərinin davam etdiyini bildirib.

Hüquq-mühafizə orqanları otelin ətrafını təhlükəsizlik lentləri ilə bağlayıb və yalnız məsul şəxslərin keçidinə icazə verilib.

AFAD-ın rəhbəri Okay Memişin rəhbərliyi ilə qruplar oteldə hər otağı araşdırıb. Yanğının yaratdığı ziyan AFAD tərəfindən sənədləşdirilib. Binanın içərisində istintaq üçün əhəmiyyət kəsb edə biləcək bütün dəlillər toplanıb.

İstintaq çərçivəsində 6 cümhuriyyət prokuroru cinayət işi üzrə Çalışma və Sosial Müdafiə Nazirliyinin və mülki müfəttişlər isə inzibati araşdırmaları davam etdirir.

Yaralıların vəziyyəti

Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı yaralananlardan 39 nəfər xəstəxanadan evə buraxılıb, 12 nəfərin müalicəsi isə davam edir.


Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et