Bu gün:

Türkiyənin dağ-xizək kurortunda mehmanxanada yanğına nə səbəb oldu?


 Qonaqlar bildiriblər ki, yanğın siqnalları eşidilməyib və uzun müddət yanğınsöndürənlərdən əsər-əlamət olmayıb.

 
Bazar ertəsi səhər saatlarında Grand Kartal otelində ən azı 76 nəfərin ölümü ilə nəticələnən yanğın Türkiyə tarixində bu cür ən ölümcül fəlakətlərdən biridir.

Sağ qalanların bəziləri həyəcan siqnalı eşitmədiklərini və ekspertlər BBC-yə bildiriblər ki, yanğından mühafizə sistemlərinin düzgün işlədiyi bir oteldə belə yüksək ölüm sayının olacağını gözləməzdilər.

Türkiyənin məşhur Kartalkaya xizək kurortunda yerləşən 12 mərtəbəli otel hər il on minlərlə ziyarətçiyə ev sahibliyi edir, ona görə də türklər başa düşülən şəkildə iki həftəlik məktəb tətilinin başlanğıcında belə bir dəhşətli faciənin necə baş verdiyini bilmək istəyirlər.

Daxili işlər naziri yanğının saat 03:27-də (GMT 00:27) dördüncü mərtəbədəki restoran ərazisində başladığını və yanğınsöndürənlərin 45 dəqiqə ərzində gəldiyini söylədi. Sağ qalanların bəziləri tüstü qoxusunu bir saat əvvələ qədər təsvir etdilər.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, otelin “yanğınsöndürmə idarəsi tərəfindən verilmiş” yanğınla bağlı sertifikatı var.

Lakin yanğınsöndürmə idarəsinin 2007-ci ildən bəri müsbət hesabat vermədiyini deyən yerli bələdiyyə sədri Tanju Özcan buna etiraz edib.

 Sağ qalanların bəziləri həyəcan siqnalı eşitmədiklərini deyirlər, lakin otelin yanğınsöndürmə sistemlərində çatışmazlıqlar olduğu iddia edilir.

Otelin 3-cü mərtəbəsində qaldığını deyən Atakan Yelkovan "Yoldaşım yanğın iyini hiss edib. Biz başqalarından tez düşdük. Siqnal çalmadı... Yanğınsöndürmə briqadasının gəlməsi təxminən bir saatdan il yarıma qədər çəkdi. Bu arada dördüncü və beşinci mərtəbələr yanır. Yuxarı mərtəbələrdə insanlar qışqırırdılar”-deyib.

Daha yüksək mərtəbələrdə olan qonaqların bəziləri yataq dəstləri ilə qaçmağa çalışıb, bəziləri isə atılaraq ölüb.

Türkiyə istintaqı çərçivəsində otel sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb. Otel menecerləri itkilərə görə kədərləndiklərini və səlahiyyətlilərlə tam əməkdaşlıq etdiklərini bildirərək bəyanat yayıblar.


Mənbə: BBC

Tərcümə etdi: Qüdrət Məmmədova

Paylaş
Şərh əlavə et