Bu gün:

Kaliforniyada sürətli yenidənqurma:Yanğın riski artır


Kaliforniya liderləri sürətli yenidənqurma vəd edir, lakin yanğın riski artır. Cənubi Kaliforniyada yanğınlar davam edərkən qubernator Qavin Nyusom və Los-Ancelesin meri Karen Bass minlərlə evin sürətlə bərpasını vəd edirlər. Lakin urbanistlər və mütəxəssislər bu yanaşmanın gələcəkdə daha böyük yanğın risklərinə yol aça biləcəyini bildirirlər.

Yanğınlara qarşı davamlı icmalar qurmaq üçün yüksək riskli ərazilərdə tikinti məhdudlaşdırılmalı, evlər arasında məsafə artırılmalı və yanğına davamlı materiallardan istifadə edilməlidir. Bundan əlavə, həyətyanı sahələrdə yanğın təhlükəsini azaltmaq üçün alovlanmayan bitkilər əkilməli, bufer zonalar yaradılmalıdır.

Hazırda bərpa işləri sürətləndirilsə də, ekspertlər bildirirlər ki, uzunmüddətli dayanıqlı həll yolları üçün planlaşdırmaya önəm verilməlidir. Əks halda bu bölgələr gələcəkdə yenə də böyük yanğın təhlükələri ilə üzləşə bilər.

Mənbə: NBC news

Tərcümə etdi : Xavər Məmmədli

Paylaş
Şərh əlavə et