Meta, TikTok platformasının yaradıcılarını öz platformalarına cəlb etmək üçün yeni təşəbbüs başladıb. Şirkət uyğun yaradıcıların üç ay ərzində Facebook və Instagram-da Reels paylaşaraq 5 min dollara qədər bonus qazana biləcəklərini açıqlayıb.

Eyni zamanda, yaradıcılar Facebook-un Məzmun Monetizasiya proqramına qoşulmaq imkanı əldə edəcəklər. Bu proqram çərçivəsində yaradıcılar videolar, şəkillər və mətn paylaşımları vasitəsilə gəlir əldə edə biləcəklər.
Bundan əlavə, Meta bəzi TikTok yaradıcılarına Instagram və Facebook-da auditoriyalarını artırmaq üçün xüsusi məzmun müqavilələri təklif edəcək. Şirkət həmçinin yaradıcılar üçün birillik "Meta Verified" sınağı təmin edir. Bu xidmət hesab təsdiqi, istifadəçi dəstəyi və saxtakarlığa qarşı müdafiəni əhatə edir.
Meta-nın bu təşəbbüsü TikTok-un populyarlığını nəzərə alaraq, yaradıcıları öz ekosistemində birləşdirmək üçün rəqabət strategiyası kimi qiymətləndirilir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
