Bu gün:

Avropa İttifaqı X-dan alqoritmlər üzrə sənədlər tələb edir


Avropa Komissiyası (AK) istifadəçilərə tövsiyə edilən məzmunu təyin edən alqoritmlərlə bağlı X platformasından məlumat təqdim etməsini tələb edib.

Komissiya bu alqoritmlərin Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğun olub-olmadığını müəyyən etmək istəyir. Bu akt, Avropa İttifaqı daxilində fəaliyyət göstərən onlayn platformaların qarşısına mühüm öhdəliklər qoyur.

Bu tələb, AK-nın 2023-cü ildə X platformasının fəaliyyəti ilə bağlı başladığı araşdırmanı genişləndirir. İndi isə, X-dan tövsiyə sistemləri ilə bağlı "daxili sənədlər" və şirkətin bu sistemlərdə etdiyi son dəyişikliklər haqqında məlumat tələb olunur.

Bundan əlavə, Komissiya X platformasına 2025-ci ilin sonuna qədər gələcəkdə ediləcək bütün dəyişikliklərin qeydiyyatını aparmağı tələb edən "saxlama əmri" göndərib.

Həmçinin, AK X-in bəzi kommersiya APİ-lərinə və texniki interfeyslərinə də çıxış tələb edib.

Mənbə: Techcrunch 
Tərcümə etdi: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et