Bu gün:

Avropa Birliyi Çinin hüquqi mülkiyyət haqları ödənişlərini DTÖ-yə təqdim edib


Fransa Baş naziri François Bayrou Avropa Birliyi (AB) və Fransa'nın ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trump'ın siyasətləri qarşısında heç bir tədbir görməməsi halında əziləcəyini bildirib. Yeni il münasibətilə Pau şəhərinə gedən Bayrou burada keçirdiyi mətbuat konfransında Trump-ın prezidentliyi dövründə ABŞ-nin siyasətləri haqqında fikirlərini bölüşüb.

Baş nazir Bayrou Trump ilə birlikdə ABŞ-nin dollar və sənaye siyasətilə yanaşı bütün araşdırmaları nəzarət altına alaraq və hər kəsin sərmayələrini özünə cəlb edərək "təzyiq siyasətləri" yürütməyə qərar verdiyini bildirib.

Bayrou "Bu siyasətlərə qarşı heç bir şey etməsək, təzyiq altında qalacağıq, əziləcəyik, görməməzlikdən gələcəyik. Bu qərar Fransızlar və Avropalılar olaraq bizə bağlıdır, çünki Avropa Birliyi olmadan bunu etmək mümkün deyil",- deyə qeyd edib.

Çinin 2024-cü ilin dekabrında xarici ticarət artımının təxminən 1 trilyon dollara çatdığı məsələsinə toxunan Bayrou Fransa və Avropanın qarşısında ABŞ və Çin kimi iki mühüm məsələ olduğunu vurğulayıb.


Mənbə: TRT Haber

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et