Bu gün:

10 illik kolaj: NASA-dan 2,5 milyard piksel Andromeda fotoşəkili


ABŞ Aeronavtika və Kosmos Agentliyi (NASA) Hubble kosmik teleskopunun Andromeda Qalaktikasından 10 il ərzində çəkdiyi şəkilləri birləşdirərək 2,5 milyard piksellik fotoşəkil yaradıb.

Piksel insan gözünün təsvirdə ayırd edə biləcəyi ən kiçik vahiddir. Fotoşəkillər əsasən piksellərdən ibarət şəkillər toplusudur. 

NASA-nın məlumatına görə, bu foto veteran Hubble-ın indiyə qədər etdiyi "ən böyük kollaj"dır.

Teleskop 1 trilyon ulduzun olduğu düşünülən qalaktikada təxminən 200 milyon ulduzun şəklini çəkə bildi. Şəkillər yalnız Günəşdən daha parlaq olan ulduzları göstərir.

Elm adamları görüntülər sayəsində Andromedanın keçmişinə işıq saldılar və əldə etdikləri nəticələri nəzərdən keçirilən “The Astrophysical Journal” jurnalında dərc etdilər.


Mənbə: diken.com.tr
Tərcümə etdi: Nazrin Humbat

Paylaş
Şərh əlavə et