Bu gün:

Qəzzada atəşkəs başlayıb


Qəzzada atəşkəs və girov mübadiləsini ehtiva edən razılaşmanın birinci mərhələsi girovların adları ilə bağlı problemə görə üç saatlıq gecikmədən sonra başlayıb.

Atəşkəslə Qəzzanın cənubundakı minlərlə dinc sakin şimaldakı evlərinə doğru gedir.

Qəzzadakı evinə qayıdarkən Reuters xəbər agentliyinə danışan Saleem Nabhan, "Evlərimiz dağıdıldı. Ona görə də evin qarşısında çadır quracağıq və məhəlləmizdə qalacağıq ki, bunu hiss edək. Məhəlləmizə, evimi qayıtdıq”-deyib.

Atəşkəsin başlaması ilə yardım maşınları da Qəzzaya daxil olur. Atəşkəsin ilk günündə azad edilən üç israilli girov əvvəlki kimi Qırmızı Xaç tərəfindən Həmasdan qəbul edilib.

Azad edilən ilk üç girov 31 yaşlı baytar tibb bacısı Doron Steinbreçer, 28 yaşlı Emili Damari və 24 yaşlı Romi Gonen olub.

Girovlar helikopterlə Təl-Əvivin bir qədər kənarındakı Şeba xəstəxanasına aparılacaq. 90 fələstinli məhbus da İsrail həbsxanalarından azad edilib


“Müvəqqəti atəşkəs” vurğusu

Atəşkəs razılaşması üç saatlıq gecikmə ilə başlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsin Həmasın azad ediləcək girovların adlarını bildirənə qədər təxirə salındığını açıqlayıb.

HƏMAS daha sonra üç qadın girovun adlarının İsrailə verildiyini bildirib və gecikməni İsrailin hücumları və Qəzzada yaranmış mürəkkəb vəziyyətlə əlaqələndirib.

Atəşkəsin başlaması nəzərdə tutulandan sonra həyata keçirilən hava zərbələri nəticəsində ən azı 10 nəfərin öldüyü bildirilir.

İsrail rəsmiləri vəziyyəti “müvəqqəti atəşkəs kimi qiymətləndirirlər.

Mənbə: BBC

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et