Bu gün:

Kənan Yıldızdan 4 milyon avro təzminat tələb edilib


Kənan Yıldızın yay transfer dönəmində Juventusla müqavilə yeniləmə danışıqları zamanı işdən çıxardığı menecerinin açdığı təzminat iddiası ilə bağlı qərar verilib.

Kənan Yıldız Juventusla müqavilə imzalamazdan əvvəl, meneceri Karlos Ruiz Kasillasın vəzifəsinə son qoymuşdu. O, ailəsinin dəstəyi ilə yeni müqaviləni imzalamışdı. Məsələ ilə bağlı komitə, menecer Kasillasın təzminat tələbi ilə bağlı qərarını açıqlayıb. Kənan Yıldız, menecerin tələb etdiyi məbləğdən çox daha az bir məbləğ ödəyəcək.

Jurnalist Giovanni Albanese "X" platformasında açıqlamasında bildirib:

"Yıldız, menecerinin 4 milyon avroluq təzminat tələbinə qarşı 170 min avro civarında ödəmə edəcək. Bu, Juventuslu futbolçunun keçmiş menecerinə qarşı vəzifənin ləğv edilməsinin əsas səbəbləri nəzərə alınmadan komitə qərarı ilə müəyyən edilmiş bir məbləğdir."

Mənbə: Ntv

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et