
AB mübahisəli sosial media platforması X i araşdırarkən Elon Musk Avropada ifrat sağçı partiyalara, o cümlədən Almaniya üçün ifrat sağçı Alternativ (AfD) partiyasına dəstək kampaniyasını davam etdirir.
Milyarder şənbə günü X-də yazdığı yazıda "MAGA-dan MEGA-ya, Avropanı yenidən möhtəşəm edin!" yazdı.
ABŞ Respublikaçı prezidentləri arasında daha sağçı mövqe tutan Donald Trampın uzun müddətdir ki, “Amerikanı yenidən möhtəşəm et” (MAGA) şüarı olub.
“Make Europe Again Great” (MEGA) bu şüarın Avropaya uyğunlaşdırılmasıdır. Bu həm də Macarıstanın populist, ifrat sağçı baş nazir Viktor Orbanın 2024-cü ildə Aİ-yə sədrliyi üçün şüar idi.
Maskın şüar yazıları Avropadakı bir çox siyasi liderləri narahat etdi və bu həftə Aİ X-in alqoritmləri ilə bağlı araşdırmasını gücləndirərək cavab verdi.
Cümə axşamı Avropa Komissiyası istifadəçilərə platformada daha sonra nə oxuya biləcəklərini təklif edən X-in "tövsiyə sistemləri" ilə bağlı sənədlər tələb etdi.
Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə vitse-prezident Henna Virkunnen: "Bu gün biz X-in tövsiyə sistemlərinin Rəqəmsal Xidmətlər Aktı (DSA) üzrə öhdəliklərə uyğunluğunu qiymətləndirmək üçün əlavə addımlar atırıq" dedi.
Musk cavab olaraq ifadə azadlığının və demokratiyanın müdafiəçisi olduğunu iddia edərək cavab verdi və Avropa liderlərini və digər tənqidçiləri onun missiyasını məhdudlaşdırmağa cəhd etməkdə ittiham etdi.
Digər tərəfdən, 2024-cü ilin avqustunda ABŞ-da yerləşən insan haqları və vətəndaş azadlıqları qrupu olan Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzi, Muskın "ABŞ seçkiləri ilə bağlı yalan və ya aldadıcı iddialarına" X-də təxminən 1,2 milyard dəfə baxıldığını müəyyən etdi.
Mənbə: euronews
Tərcümə etdi: Səma İsmayılova
