Süni intellektin inkişafı səhiyyə və təhsildən tutmuş maliyyə və əyləncəyə qədər bir çox sənaye sahələrində saysız-hesabsız yeniliklərə səbəb olub. Bununla birlikdə ChatGPT və onun törəmələrinin qeyri-məhdud görünən xüsusiyyətlərinə baxmayaraq, biz daha az müzakirə olunan bir faktla da qarşılaşırıq: insanın idrak qabiliyyətlərinin tədricən azalması.
Əvvəllər hazırlanmış kalkulyatorlar və cədvəl kimi alətlər müəyyən işləri asanlaşdırsa da, onlar bizim düşünmə qabiliyyətimizi kökündən dəyişməyib. Lakin süni intellekt botları məlumatı emal etməyi və qərar qəbul etməyimizi yenidən formalaşdırmaqla öz koqnitiv qabiliyyətlərimizdən asılılığımızı azaldır.
Vaxtilə işimizi asanlaşdıracaq alətlər ixtira edilib. Bununla belə, bu alətlər həm də bizə tapşırılacaq tapşırığın əsas qaydaları haqqında biliklərə malik olmağımızı tələb edirdi. Məsələn, Excel-ə düstur daxil etməzdən əvvəl düsturun nə etdiyini və hansı nəticəni gözlədiyimizi bilməliyik. Nəticə etibarı ilə, bu alətlər hesablamalarımızı sadələşdirsə də, bizim düşüncə və problem həll etmə qabiliyyətimizi məhv etməyib, sadəcə həyatı asanlaşdırıb.
Digər tərəfdən süni intellekt asanlaşdırdığı vəzifələr və koqnitiv təsirləri baxımından çox daha mürəkkəb vəziyyətdədir. Süni intellekt zaman keçdikcə bizim üçün bir növ “düşünmə” vasitəsinə çevrilir. Buna görə də alimlər və iş adamları bunun idrak bacarıqlarımız üçün böyük təhlükə olacağını düşünürlər.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova