Bu gün:

Milli Qəhrəman Hökumə Əliyevanın ailəsindən oğurlanan pullar geri qaytarıldı


AZAL-ın təyyarə qəzasında həlak olmuş ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi oğurluq hadisəsinin qurbanı olub.

Milli Qəhrəman Hökumə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kartdan oğurlanması ilə bağlı cinayət işi açılıb.

24Media.az  “Qafqazinfo”ya istinadən bildirir ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə dərhal cinayət işi başlanılıb.

Həmçinin məsələ ilə bağlı “Kapital Bank” da araşdırmaya başlayıb.

Paylaş
Şərh əlavə et